Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada Fudzi dağının zirvəsində ödənişsiz “Wi-Fi” qurulub


İyulun 10-da Fudzi dağının zirvəsində və yeddi başqa nöqtədə yerli hakimiyyət orqanları tərəfindən “NTT Docomo” şirkəti ilə birgə quraşdırılmış ödənişsiz “Wi-Fi” işləməyə başlayıb.
 
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, 2014-cü ildə Tokiodan 90 kilometr məsafədə yerləşmiş vulkanı (sonuncu dəfə 1708-ci ildə püskürüb) 285 min turist ziyarət edib. Yerli hökumət bu turizm məkanının cəlbediciliyini artırmaq üçün ödənişsiz “Wi-Fi” qurub. Turistlər, hər şeydən öncə hava haqda xəbərdar olmaq imkanı əldə edəcək.

Emil Hüseynov




15/07/15    Çap et