Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kosmosda hansı ölkənin dünya lideri olması məlum olub


ABŞ Prezidentinin elm və texnologiyalar üzrə müşaviri Con Holdren ölkəsinin kosmosda dünya lideri olmasını bildirib. 
 
“Məni ABŞ-ın kosmosda dünya lideri olmasını dəfələrlə nümayiş etdirən NASA-nın son uğurları heyran edir”, - C.Holdern bildirib. O əlavə edib ki, ölkə kosmosun tədqiqində çoxlu nailiyyətlər əldə edib.
 
Müşavir nümunə kimi Günəş sistemindən kənar planetlərin axtarışı üçün nəzərdə tutulan “Kepler” kosmik rəsədxanası və kosmik hava və Yer atmosferinin müşahidəsi üçün “DSCOVR” peyki ilə əlaqədar missiyaların uğurlarını qeyd edib.
 
C.Holdern ABŞ-ın kosmosun tədqiqi üzrə perspektivləri kimi 2030-cu ildə baş tutacağı gözlənilən Marsa pilotlu astronavtlar missiyasını göstərib. ABŞ Prezidentinin müşavirinin sözlərinə görə, “New Horizons” proqramı kosmosun 50 illik tədqiqinə yekun vurub.
 
“ABŞ Plutonu fəth edən ilk ölkə olub və bu missiya ilə biz Günəş sisteminin ilkin monitorinqini başa çatdırırıq. Bu, heç bir millətin nail ola bilmədiyi böyük uğurdur”, - o vurğulayıb. 
 
ABŞ Kosmik Agentliyinin (NASA) Pluton planetinin və onun böyük peykinin tədqiqinə həsr edilən “New Horizons” missiyasına xərcləri 600 milyon dolları ötür. Aparat kosmosa 19 yanvar 2006-cı ildə Kanaveral kosmodromundan "Atlas V” raketdaşıyıcısı ilə buraxılıb və Plutona 14 iyul 2015-ci ildə çatıb. “New Horizons” missiyasının işini 2020-ci ilin ortalarında başa vuracağı gözlənilir, - "Lenta yazır.




15/07/15    Çap et