Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planetin əhalisinin 33 faizi hələ də internetdən xəbərsizdir


Oksford İnternet İnstitutunda çalışan alimlər dünya internet istifadəçilərinin sayını əks etdirən xəritənin yenilənmiş versiyasını təqdim ediblər.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, bu xəritədə Rusiya demək olar ki Çin tərəfindən tamamilə “udulub”. Rusiya əhalisinin təxminən 60-80 faizi internetə çıxış imkanına malikdir. Çində bu göstərici 40-60 faiz təşkil edir, amma absolyut ədədlə bu, 600 milyondan çox insan deməkdir.
 
Asiyada dünya istifadəçilərinin  46 faizi yaşayır. Belə ki, yerli sakinlərin 1,24 milyardı internetdən istifadə edir.
 
Bu halda planetin əhalisinin 33 faizi hələ də internetdən xəbərsizdir.
Beynəlxalq Telekommunikasiya İttifaqının son hesabatına əsasən, 2000-ci ildən etibarən internetə daxil olan insanların sayının artmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə yaşayan 4 milyard sakin indiyədək şəbəkəyə qoşulmayıb.
 
Bundan başqa, yüksək sürətli internet, həmçinin hər yerdə əlçatan deyil.
 
Emil Hüseynov
 




15/07/15    Çap et