Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“B&BTV” bu ilin axırına Naxçıvanda yayımlanacaq


“B&BTV Communications” Naxçıvan ərazisində rəqəmsal televiziya yayımı üçün məsləhətçiləri cəlb edir. Şirkətin marketinq və satış şöbəsinin meneceri Samir Mahmudov ICTnews-ə bildirib ki, yayımı təçkil etmək üçün əsas avadanlıq, kodlaşdırma və müdafiə avadanlığı sistemlərinin təmin edilməsi məsələsi müzakirə olunur.
Hazırda şirkət müvafiq sənədləşmənin hazırlanması, lazımi avadanlığın alınması üçün tenderin keçirilməsi, inteqrator və rəqəmsal yayım şəbəkəsinin qurulmasında təcrübəyə malik insanların cəlb edilməsi istiqamətində tədbirlər görür. S.Mahmudov bu işlərin ilin sonuna başa çatdırılacağını deyib. Naxçıvanda orta hesabla ödənişli paketin 60 kanaldan ibarət olacağını, pulsuz sosial paketə isə bütün yerli kanallar və Muxtar Respublikanın iki telekanalı "Kanal 35" və "Naxçıvan TV"-nin daxil ediləcəyini söyləyən Mahmudov gündəlikdə Bakı, Abşeron yarımadası və
Sumqayıtın ərazisində rəqəmsal televiziya yayımı üçün tezlik resurslarının alınması məsələsi durduğunu qeyd edib.




09/06/11    Çap et