Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk domen adı


Domen adları olmadan internetdə naviqasiya indiki kimi rahat olmazdı.  Hazırda 300 milyon domen adı mövcuddur, bu halda hər il domen adlarının sayı artır və ticarət markaları kiberskvotterlərdən müdafiə üçün  milyonlarla dollar xərcləyir. Kiberskvotterlər domen adlarını alaraq sonradan onlar; baha satan şəxslərdir. Bu əlverişli biznesdir, bəzi kiberskvotterlər gündə yüz minlərlə dollar qazanır.


"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, 1985-ci ildə domen adlarının qeydiyyatı sistemini işə saldıqda şirkətlərin əksəriyyəti bu sistemin əhəmiyyətini anlamırdılar. Əsasən kompüter firmaları öz domen adlarını qeydiyyatdan keçirirdilər. Massaçusets ştatının Kembric şəhərində fəaliyyət göstərən “Symbolics” şirkəti (“Lisp” proqramlaşdırma dilindən istifadə üçün nəzərdə tutulmuş kompüter istehsalçısı) ilk olub. 15 mart tarixində “symbolics.com” domeni qeydiyyatdan keçirilib və başqa texnologiya şirkətləri də belə etməyə başlayıblar, o zaman domen adlarının qeydiyyatı pulsuz idi.


Emil Hüseynov
 




15/07/15    Çap et