Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərinə zəng etdikdə...
Ötən ayın əvvəlindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Azərbaycanın rabitə şəbəkəsində yeddi rəqəmli nömrələnmə sisteminin tətbiqinə start verilib.
Bu yenilik Azərbaycanın bütün bölgələri kimi, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlara da şamil olunub.
Belə ki, Qarabağ və ətraf rayonlar üçün “26” zona kodu müəyyənləşdirilib.
Hazırda dünyanın istənilən nöqtəsindən işğal altında olan Azərbaycan rayonlarına zəng etdikdə zəng edən şəxs “Ərazi Ermənistan tərəfindən işğal olunduğu üçün bu istiqamətdə zənglərə müvəqqəti məhdudiyyət qoyulub” kimi anonsla qarşılaşır.
Qeyd edək ki, Dağlıq Qarabağ və ətraf rayonlar işğaldan azad olunandan sonra bu məhdudiyyət aradan qaldırılacaq.
12/09/11 Çap et