Sosial şəbəkələr dünya elektron ticarətini stimullaşdırır
2015-ci ildə onlayn mağazalarda satışların artım tempi 2014-cü ilin göstəricilərini xeyli üstələyib. Ekspertlərin proqnozuna görə, ilin yekunları üzrə qlobal elektron ticarətin həcmi 1,7 trilyon dollara çatacaq ki, bu da ötən ildən 17 faiz çoxdur.
Satışın artımını əsasən birbaşa satışlar üçün platformalar rolunu oynayan sosial resurslar təmin edib.
“Twitter”, “Facebook”, “Pinterest” və “Instagram” kimi sosial şəbəkələr artıq “almaq” düyməsini servislərinin interfeyslərinə inteqrasiya edib. Bundan başqa, bu şirkətlər onlayn pərakəndə satış bazarında pərakəndə ticarət nümayəndələri ilə strateji tərəfdaşlıq sayəsində möhkəmlənmək niyyətindədirlər. Bu barədə “Juniper Research” tədqiqat şirkətinin hesabatında deyilir.
Elektron ticarət həmçinin müştərilərə mükəmməl xidmətlər (sifariş günü çatdırılma, onlayn sifariş vermək imkanı və s.) təklif edən adi internet mağazaları sayəsində inkişaf edir. Pərakəndə satışla məşğul olanlar müxtəlif kanallar vasitəsilə malların reklam və satışını tənzimləməyə çalışırlar.
Onlayn və offlayn mağazalar arasında inteqrasiya, eləcə də müxtəlif qurğulardan istifadə pərakəndə satış mağazalarına alıcılarda çoxkanallıq vərdişini yaratmağa kömək edəcək. Artıq 2020-ci ilədək smartfonların elektron ticarət sahəsində tranzaksiyaların 40 faizini təşkil edəcəyi gözlənilir. Buna görə də internet mağazaların və sosial şəbəkələrin kommersiya servislərinin yeni qurğulara inteqrasiyası yaxın gələcəkdə əhəmiyyət kəsb edəcək, - "Payspacemagazine
www.payspacemagazine.com” yazır.