Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmində 10,7 faiz artım qeydə alınıb
Dövlət Statistika Komitəsi cari ilin yanvar-iyun aylarında ölkədə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmini açıqlayıb.
Komitədən verilən məlumata görə, ilin əvvəlindən keçən altı ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 771,8 milyon manatlıq xidmət göstərib.
Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7 faiz artıb.
Xidmətlərin 72,5 faizi əhaliyə göstərilib və əldə edilmiş gəlirin 80,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.
CAHANGİR
16/07/15 Çap et