Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un direktoru “Windows Phone” platformasının uğursuzluğunun səbəbini açıqlayıb


"Microsoft"un baş direktoru Satya Nadella şirkətin keçmiş səhvləri haqda fikirlərini jurnalistlərlə bölüşüb. O, həmçinin şirkətin gələcək planları haqda danışıb və smartfonların biznesini davam etdirməyə söz verib.
 
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, baş direktor etiraf edib ki, "Microsoft"un keçmişdə buraxdığı əsas səhv istifadəçi qurğuları siyahısında fərdi kompüterə xüsusi önəm verməsi olub. Bu müddət ərzində Redmondda əsas diqqət kompüter məhsullarının təkmilləşdirilməsinə yönəlib və mobil qurğuların inkişafına əhəmiyyət verilməyib. Nəticədə hazırda "Microsoft" korporasiyasının smartfon bazarında payı 3 faiz təşkil edir.
 
 
Top-menecer bildirib ki, şirkət smartfon bazarında öz diqqətini əsasən üç əsas seqment (ucuz smartfonlar, qabaqcıl və korporativ qurğular) üzrə cəmləyəcək.
 
Emil Hüseynov
 




16/07/15    Çap et