Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal poçt trafikində spamın payı ilk dəfə 50 faizdən aşağı düşüb
“Symantec” şirkəti qlobal poçt trafikində spam məktublarının həcminə dair növbəti hesabatını dərc edib.
Hesabata əsasən, 2015-ci ilin iyununda qlobal poçt trafikində spamın payı 49,7 faiz təşkil edib. Sonuncu dəfə belə aşağı göstərici 2003-cü ilin sentyabrında qeydə alınıb.
"ICTnews" elektron xəbər xidməti “htech.newsru.ru” saytına istinadən bildirir ki, “Symantec” şirkətinin gündəlik monitorinq məlumatlarına əsasən, iyulda spamın payı azalıb və bəzi günlərdə təxminən 44-45 faiz təşkil edib.
Poçt trafikində spamın həcmi bir neçə səbəbdən tədricən azalır. Spamla mübarizənin gücləndirilməsi bu prosesdə öz rolunu oynayır.
Emil Hüseynov
21/07/15 Çap et