Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kəndlərdə elektron ATS-lərin sayı artırılır
Regionların telefon şəbəkəsində kənd EATS-lərinin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili layihəsi çərçivəsində ümumilikdə 100 km-dən artıq məsafədə fiber-optik kabel xətləri çəkilmiş və 15-dən artıq kənd EATS-inin şəbəkəyə rəqəmsal bağlantısı təmin edilib, 17 yeni EATS tikilib, 15 EATS-in tutumu artırılıb.
Lerik rayonunun Mistan, Almu və Peştətük yaşayış məntəqələrində, Astara rayonunun Şağlazüzə kəndində, Bərdə rayonunun Əliyanlı kəndində, Qax rayon mərkəzində müasir tipli stansiya avadanlıqları quraşdırılaraq dövrəyə alınıb.
10 EATS-in transmissiyası rəqəmli radio-rele avadanlıqları, 12 EATS-in transmissiyası isə fiber-optik multipleksor vasitəsilə təşkil olunmaqla ümumilikdə 20-dən artıq kənd EATS-inin xidmət ərazilərində informasiya texnologiyalarının inkişafı üçün zəruri infrastruktur yaradılıb.
21/07/15 Çap et