Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin həcmi 2 faiz artıb
Naxçıvan Muxtar Respublikasında cari ilin ilk altı ayı ərzində informasiya və rabitə xidmətlərinin həcmi 23 milyon 813 min manat olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Naxçıvan MR-in 2015-ci ilin yanvar-iyun aylarındakı sosial-iqtisadi inkişafına dair hesabatda qeyd olunub.
Builki statistik göstərici ötən ilin müvafiq dövründəki göstəricini 2 faiz üstələyib.
Ümumi xidmətlərin 84,1 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,4 faiz çoxdur.
CAHANGİR
21/07/15 Çap et