Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmli televiziyanın əhatə zonası genişləndirilir


Noyabrın üçüncü ongünlüyünün əvvəlində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Qubada rəqəmli televiziyanı işə salmağı planlaşdırır.

Bu barədə İB-nin baş direktoru Əflatun Şərifov deyib. "Hazırda televiziya qülləsinin tikintisi başa çatıb və rəqəmli ötürücünün işə salınması noyabrın 20-nə planlaşdırılır", - o deyib.

Şərifovun sözlərinə görə, nazirliyin tapşırığına əsasən, həmin tarixə qədər, işğal olunmuş ərazilər istisna olmaqla, ölkənin 85% ərazisinin rəqəmli siqnalla əhatə olunması planlaşdırılır. Hazırda əhatə dairəsində Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran kimi ərazilər var.

Qeyd edək ki, Naizrliyin iş planına əsasən, rəqəmli televiziyaya tam keçid 2013-cü ildə gözlənilir. Rəqəmli kontentin yayımı MPEG-4 standartı ilə həyata keçirilir. Bunun üçün istifadəçilər dekoder əldə etməlidirlər.




13/09/11    Çap et