Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda həkim axtarışı elektronlaşdırılıb


Səhiyyə Nazirliyinin daha bir xidməti "Elektron hökumət" portalına (e-gov.az) inteqrasiya edilib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, nazirliyin "Həkim axtarış sistemi" portal üzərindən istifadəyə verilib.
 
Bu sistem vasitəsi ilə istənilən həkim haqqında məlumat əldə etmək mümkün olacaq.
 
Bu xidmətin istifadəyə verilməsi ilə Səhiyyə Nazirliyinin portalda təqdim olunan elektron xidmətlərinin sayı 33-ə, portaldakı ümumi xidmətlərin sayı isə 422-yə çatıb.
 
CAHANGİR




21/07/15    Çap et