Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti “Bello II” smartfonunu təqdim edib

“LG Electronics” şirkəti “Android 5.1.1 Lollipop” mobil platforması ilə işləyən ucuz “Bello II” smartfonunu nümayiş etdirib.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, aparat 1,3 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib. Qurğunun əməli yaddaşının həcmi 1 QB, daxili yaddaşın tutumu isə 8 QB təşkil edir. “microSD” formatlı yaddaş kartları hesabına daxili yaddaşın tutumunu artırmaq olar. “LG Bello II” qurğusunda ekranın diaqonalı 5 düym təşkil edir, təsvir ölçüsü 854x480 nöqtədir.

Smartfonun əsas kamerasının təsvir ölçüsü 8 meqapiksel, ön kameranın təsvir ölçüsü 5 MP təşkil edir. Aparat, həmçinin “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 4.0” simsiz rabitə modulları, “GPS” ilə təchiz edilib. Qurğunun akkumulyator batareyasının tutumu 2540 milliamper/saat təşkil edir.

Şirkətin planına əsasən, smartfon cari ay Cənubi Amerika və Hindistanda bazara çıxarılacaq, bundan sonra Avropa və MDB ölkələrində satışlarına başlanılacaq. Yeni qurğunun qiyməti hələ ki məlum deyil.
Emil Hüseynov“LG” şirkəti “Bello II” smartfonunu təqdim edib
 
Emil Hüseynov

21/07/15    Çap et