Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” informasiya təhlükəsizliyinə sərmayə yatırır


ABŞ-ın “Microsoft” korporasiyası İsrailin informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “Adallom” şirkətini satın almağa hazırlaşır. “The Wall Street Journal” yazır ki, razılaşmanın dəyəri 320 milyon dollar təşkil edəcək.

Anonim mənbələr iddia edir ki, “Microsoft”un rəhbərliyi bu informasiyanı təsdiq edib.

"ICTnews" elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, “Adallom” şirkəti 2012-ci ildə təsis edilib. Şirkət "bulud"da saxlanılan məlumatların mühafizəsi üçün həllərin hazırlanması ilə məşğuldur.

“Adallom” korporativ həllərə xüsusi önəm verir. Bundan başqa, “SAP SE”, “LinkedIn”, “Netflix” kimi İT oyunçular “Adallom” şirkətinin müştərisidir. Şirkətin heyəti 90 nəfərdən ibarətdir.

Emil Hüseynov




22/07/15    Çap et