Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ağıllı” məişət texnikası bazarının artımı sürətlənəcək
Son vaxtlar bir çox məişət texnikası istehsalçıları öz çeşidlərinə “ağıllı” funksiyalar və internetə qoşulma imkanına malik modellər əlavə edib.
“IHS” analitikləri hesab edir ki, yaxın illərdə bu tendensiya güclənəcək.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, gözləntilərə görə, növbəti beş ildə internetə çıxışa malik qlobal “ağıllı” məişət cihazları bazarının həcmi ildə orta hesabla 134 faiz yüksələcək. Nəticədə 2020-ci ilədək bu seqmentdə qurğuların tədarükü 223 milyona yaxınlaşacaq. 2014-cü ildə bu göstərici 1 milyon olub. İndiki halda ekspertlər “ağıllı” funksiyalara malik qabyuyan, paltaryuyan maşın, soyuducu, kondisioner kimi böyük məişət texnikasını nəzərdə tuturlar.
Şəbəkəyə çıxış imkanına malik başqa ev cihazlarını da bura daxil etsək, bu göstərici 700 milyon təşkil edəcək.
Emil Hüseynov
22/07/15 Çap et