Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sərhəddə və ölkə daxilində nəqliyyat vasitələrinin hərəkətinə elektron nəzarət


Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) "bir pəncərə" prinsipini Bakı və Sumqayıt şəhərlərinin Baş Gömrük idarələrində tətbiq etməyə başlayıb. Bu barədə bazar ertəsi jurnalistlərə Komitə rəhbəri Aydın Əliyev deyib. "Bir pəncərə" sistemi yalnız sərhəddə istifadə olunmur.

Artıq bu prinsipin Bakı və Sumqayıt şəhərlərinin Baş Gömrük idarələrində tədricən tətbiqinə başlanır və tezliklə ölkənin bütün gömrük idarələrində tətbiq olunacaq", - deyə o bildirib. Komitə rəhbərinin sözlərinə görə, DGK "Elektron dövlət" proqramı çərçivəsində gömrük orqanları qarşısında qoyulan bütün vəzifələri yerinə yetirəcək.

"Həmçinin, sərhəddə və ölkə daxilində yük və nəqliyyat vasitələrinin hərəkətinə elektron nəzarət, gömrük qaydalarının pozulmasının və qaçaqmalçılığın qarşısının alınması üçün "Məqsədli mərkəz" təşkil olunub. Mərkəzdə 6000-ə yaxın kamera işləyir, onların köməyi ilə bütün sərhəd buraxılış məntəqələrinə videonəzarət olunur", - Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, qabaqcadan müəyyən olunmuş marşrutlarla gömrük nəzarəti altında nəqliyyat vasitələrinin təyinat nöqtəsinə çatdırılması məqsədilə DGK-da "Nəqliyyat vasitələrinə GPS nəzarət sistemi" layihəsini də həyata keçirilib. "Bu layihə, eyni zamanda, 500 nəqliyyat vasitəsinə nəzarət etməyə imkan verir".




13/09/11    Çap et