Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Barak Obama: yüksəksürətli internet artıq ehtiyacdır


ABŞ prezidenti Barak Obama amerikalı ev təsərrüfatlarının aşağı gəlirlə genişzolaqlı internetə çıxışa qoşulması üzrə proqram elan edib.

Bu müxtəlif maliyyə imkanlarına malik sakinlər arasında rəqəmli bərabərsizliyi aradan qaldırmalıdır. “Google” internet şirkəti, “Sprint” və “CenturyLink” operatorları bu proqramda iştiraka razılıq verib. "Yüksəksürətli internet artıq ehtiyacdır" – Obama bildirib.
 
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, prezident administrasiyasının nümayəndəsi bildirib ki, “ConnectHome” adlı layihə ABŞ-ın 27 böyük şəhərində işə salınacaq. “Google” və başqa şirkətlər 275 mindən çox ev təsərrüfatının internetə ödənişsiz və ya minimal tariflə çıxışını təmin etməyə hazırdır. Proqram ilk növbədə uşaqlı ailələrə hesablanıb.
 
İndi ABŞ-da yüksəksürətli internetə çıxış orta hesabla aylıq 35-70 dollar təşkil edir.
 
Bu layihə Ağ Evin milli infrastrukturun təkmilləşdirilməsi proqramının bir hissəsidir. Ötən ilin noyabrında prezident administrasiyası 2017-ci ilədək məktəblərin 99 faizinin yüksəksürətli internetə çıxışla təmininə dair söz verib. Yeni proqram az təminatlı ailələrin uşaqlarına məktəbdən sonra internetə çıxışa imkan verəcək.
 
ABŞ prezidenti yanında İqtisadi Konsultantlar şurasının məlumatına görə, 2013-cü ildə ali təhsilli insanların yaşadığı ev təsərrüfatlarının 90,1 faizi internetə çıxışa malikdir.
 
Emil Hüseynov




22/07/15    Çap et