Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada günəş elektrostansiyaları estakada yaxınlığında tikiləcək


Yaponiya hakimiyyəti günəş elektrostansiyalarının inşası üçün çoxlu yol qovşaqlarından istifadəni planlaşdırır.
 
Bu yaxınlarda bununla bağlı ideyanı “Panasonic Corp.” korporasiyasının istehsalı olan 2 min paneli Yaponiyanın mərkəzi hissəsində avtomagistralda quraşdıran “Moriguchi Landscape” şirkəti həyata keçirib. Panellərin hasil etdiyi enerjinin gücü 500 kilovat təşkil edir ki, bu da 200 evi enerji ilə təmin etməyə kifayət edir.
 
Mütəxəssislərin fikrincə, estakada enişində panellərin quraşdırılması yerə qənaət etməklə yanaşı, onların işinin səmərəliyini artırır, çünki maillik sayəsində fotoelementlərə çoxlu Günəş şüası düşür.




22/07/15    Çap et