Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni proqramlaşdırma dili hazırlanıb


“Google” şirkəti “Goto” (10 - 12 oktyabr; Orxus, Danimarka) konfransında “Dart” adlı yeni proqramlaşdırma dilini təqdim etmək niyyətindədir.

“Dart” "strukturlaşmış veb-proqramlaşdırma" üçün nəzərdə tutulub. Dilin hazırlanmasında “Google” əməkdaşları Lars Bak və Qilad Braka iştirak ediblər.

Qeyd edilib ki, cənab Bak “Google Chrome” səyyahı üçün “V8” mühərrikinin yaradıcısıdır. Cənab Braka isə vaxtilə “Sun Microsystems”-də işləyib. O, “Sun Microsystems”-də “Java” platformasının təkmilləşdirilməsində iştirak edib.




13/09/11    Çap et