Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2017-ci ilə Hindistanda 500 milyon internet istifadəçisi olacaq
“Internet and Mobile Association of India” (“IAMAI”) və “KPMG”-nin yeni tədqiqatına əsasən, ucuz smartfonlar və “2G” abunəsi yaxın 2 ildə Hindistanda internetdən istifadə artımını stimullaşdırmağa davam edəcək.
“IAMAI-KPMG” hesab edir ki, 2017-ci ilədək Hindistanda 500 milyondan çox internet istifadəçisi (ölkənin ümumi əhalisinin sayı 1,25 milyarddır) olacaq. Hazırda bu göstərici yalnız 350 milyon təşkil edir. Hesabat məlumatlarına əsasən, iki ildə mobil internet istifadəçilərinin sayı 314 milyona yaxınlaşacaq.
"ICTnews" elektron xəbər xidməti “apps4all.ru” saytına istinadən bildirir ki, Hindistan internet istifadəçilərinin sayına görə Çindən sonra dünyanın ikinci ölkəsi olsa da, internetin nüfuzetməsi üzrə bu ölkənin göstəricisi 19 faiz təşkil edir.
Hesabata əsasən, Hindistanın 905 milyon sakini kəndlərdə yaşayır və bu gün ölkə əhalisinin 6,7 faizi (61 milyon nəfər) müntəzəm olaraq internetdən istifadə edir. Əhalinin təxminən 4,4 faizi smartfonlardan internetə daxil olur ki, bu da 2012-ci illə müqayisədə 0.4 faiz yüksəkdir. Smartfon və ya fərdi kompüterlərə malik olmayan insanlar kompüter klubları və ya "kiber-kafe" xidmətlərdən istifadə edir. Ancaq tezliklə bu vəziyyət dəyişəcək, çünki ucuz “Android” qurğu istehsalçıları Hindistanı əsas satış bazarı kimi seçirlər.
Emil Hüseynov
23/07/15 Çap et