Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində ilk polis dronları dəstəsi yaradılıb


Nankin şəhərinin polisinə artıq dronlardan istifadə üzrə təlim keçilir.

Son zamanlar bu pilotsuz uçan aparatlar müxtəlif dövlət xidmətləri və özəl şirkətlərin diqqətini cəlb edib.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, təhlükəsizlik və hüquqi məsələlərlə bağlı bəzi problemlərə baxmayaraq, Nankin polisi şəhərin küçələrində təhlükəsizliyin təmini üçün dronlardan istifadəyə dair qərar qəbul edib.

İlk polis dronları dəstəsi artıq öz xidməti işinə başlayıb və altı polis-operatordan ibarət komanda dronlardan istifadə bacarığını yüksəltmək üçün gündəlik məşqlər keçir.

Emil Hüseynov




23/07/15    Çap et