Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sensor ekranlar barmaq izini oxuyacaq
Yaxın gələcəkdə smartfon istehsalçıları çox güman ki öz qurğularına daktiloskopik skanerlər quraşdırmaq məcburiyyətində olmayacaqlar.
“Sonavation” şirkəti tərəfindən hazırlanmış texnologiya ötürücünü ekranın qoruyucu şüşəsinin alt hissəsində yerləşdirməyə imkan verəcək.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hələ ki yalnız bir qoruyucu şüşə tipi dəstəklənir, ancaq nəzəri cəhətdən yeni həll süni sapfir daxil olmaqla istənilən şüşəyə oxşar materialda istifadə üçün modifikasiya edilə bilər.
“Sonavation” şirkətinin nümayəndəsi iddia edir ki, şirkətin həlli istifadəçinin əli yaş olduqda belə barmaq izini oxumağa imkan verəcək.
Emil Hüseynov
23/07/15 Çap et