ABŞ-da sürücüsüz avtomobillərin sınağı üçün süni şəhər tikilib
Miçiqan Universiteti ərazisində sürücüsüz avtomobillərin sınağı üçün nəzərdə tutulan şəhər modelinin inşası başa çatıb.
13 ha ərazidə ucaldılan bir neçə məhəllə “Mcity” adlanır və monolit tikililər olmadan bütün vacib elementləri və binaları özündə birləşdirən yol tipi qovşaqlarından ibarətdir.
2014-cü ilin yayında bünövrəsi qoyulan şəhərin məqsədi yollarda bütün yol hərəkəti qaydalarına riayət etməklə təhlükəsiz hərəkət edə bilən avtomobillərin sınağı üçün meydançanın yaradılmasıdır. O zaman layihə iştirakçısı olan “Google”, “Ford”, “General Motors” və “Toyota” şirkətlərinin nümayəndələri bildirib ki, meydançanın yaradılması sayəsində ilk sürücüsüz avtomobilin yığılmasına artıq 2021-ci ildə başlamaq mümkün olacaq.
Tədqiqatçıların qlobal məqsədi real yollara 20 min özünü idarə edən avtomobilin çıxarılması və gələcəkdə sürücüsüz nəqliyyatın ABŞ-da və digər dünya ölkələrində genişlənməsidir.
Qeyd edək ki, Miçiqan Universiteti ştatın ən qocaman və ABŞ-ın ən böyük ali məktəb ocaqlarından biridir. 2014-cü ilin əvvəlində universitet Şimali Amerika ərazisində yerləşən beş ən yaxşı ali məktəb sırasına daxil olub, -
“Lenta” yazır.