Təhlükəsizlik üzrə mütəxəssislər şirkətlərdə ən çox vaxtı problemlərin həllinə sərf edirlər
“Black Hat” kompüter təhlükəsizliyi konfransı çərçivəsində keçirilən sorğuda iştirak edən 460 nəfərin 35 faizi işdə ən çox gücün və vaxtın təşkilatlar daxilində əlavələrin hazırlanması prosesində yaradılan boşluqların aşkar olunması və ləğvinə getdiyini bildirib.
Mürəkkəb məqsədli hücumların dəf edilməsinə rəyi soruşulanların yalnız 20 faizi diqqət yetirir, lakin bu problem onların 57 faizini narahat edir. Respondentlərin 26 faizi maliyyə xərcləri baxımından məqsədli hücumlardan mühafizənin büdcədə böyük yer almasını bildirib.
Rəyi soruşulanların üçdə bir hissəsi mühafizə sistemində ən zəif amil kimi təlimatı pozan və sosial mühəndisliyin hiyləsinə asanlıqla aldanan istifadəçiləri hesab edir.
Rəyi sorşulanların əksəriyyəti təhdidlərlə mübarizə üçün resurs çatışmazlığını qeyd edir. Respondentlərin 73 faizi hesab edir ki, il ərzində onların çalışdıqları təşkilatlarda kompüter təhlükəsizliyi ilə əlaqədar ciddi insident baş verəcək, -
"Computerworld” yazır.