Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Jeep Cherokee” avtomobilinin idarəetmə sistemini sındırıblar


İki haker “Jeep Cherokee” avtomobilinin idarəetmə sistemini sındırmaq imkanını nümayiş etdiriblər.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hakerlərdən birinin hazırda “Twitter”-də işlədiyi bildirilir.
 
Hakerlərin  məqsədi internet üzərində avtomobilin idarəetmə sisteminə çıxış imkanının mövcudluğunu bütün dünyaya nümayiş etdirmək olub.
Məlumat üçün bildirək ki, istehsalçı şirkət bir müddət sonra mövcud boşluğu aradan qaldırmaq üçün proqram təminatını yeniləyib.
 
Aynur Vəliyeva
 




23/07/15    Çap et