Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilədək qlobal “IPTV” bazarının həcmi 80 milyard dollar təşkil edəcək


“Transparency Market Research” şirkəti tərəfindən keçirilmiş tədqiqata əsasən, qlobal “IPTV” bazarının həcmi 2020-ci ilədək 79,38 milyard dollaradək yüksələcək. Qeyd edək ki, illik artım tempi 18,1 faiz təşkil edəcək.
 
Mütəxəssislər hesab edir ki, bazar “IPTV” xidmətlərinə inteqrasiya edilmiş interaktiv həllərin yayılması, həmçinin müxtəlif ölkələrdə genişzolaqlı internetə çıxışın nüfuzetmə səviyyəsinin artımı üzrə hakimiyyətin təşəbbüsü nəticəsində inkişaf edir. Bundan başqa, analitiklər “IPTV” sistemlərdə istifadə edilən texnologiyalar üzrə yüksək inkişaf tempini qeyd ediblər.
 
"ICTnews" elektron xəbər xidməti “cableman.ru” saytına istinadən bildirir ki, bununla belə, kabel operatorları və peyk televiziyası tərəfindən güclü rəqabət, inkişaf etməkdə olan ölkələrdə lazımi infrastrukturun çatışmazlığı və genişmiqyaslı investisiyaların olmaması “IPTV” bazarının inkişafına mane olur.
 
Qlobal “IPTV” bazarını coğrafi baxımdan Şimali Amerika, Latın Amerikası, Avropa, Asiya-Sakit okean regionu, həmçinin Yaxın Şərq və Afrika regionlarına bölmək olar.
 
2013-cü ildə Avropa “IPTV” bazarının lideri olub.
 
Emil Hüseynov
 




24/07/15    Çap et