Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilin əvvəlindən domenlərin xalis artımı 1129 domen təşkil edib
Azərbaycanda bu günə kimi 24299 domen adı rəsmi qeydiyyatdan keçib.
“ICTnews” xəbər xidmətinin milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən 4358 domen qeydiyyatdan keçirilib, 3229 domen isə ləğv edilib. Nəticədə bu ilin birinci rübü ərzində ölkədə xalis domen artımı 1129 domen təşkil edib.
Hazırda Azərbaycanda 22527-*.az, 1064-*.com.az, 232 -*.edu.az, 123 -*.org.az, 77 -*.net.az, 42 -*.int.az, 91 - *.co.az, 34 -*.pp.az, 72 -*.info.az, 24 - *.biz.az, 11 -*.name.az, 1 - *.pro.az domeni qeydiyyatdan keçirilərək istifadə edilir.
Son üç ilin dinamikasına nəzər salsaq görərik ki, *.az domen zonasında kəskin artım templəri bu il nisbətən zəifləyib. Ötən il ərzində domen qeydiyyatı artımı 10 faiz təşkil edib.
Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə 4387, 2012-ci ildə 5478, 2013-cü ildə 2338, 2014-cü ildə isə 23101 domen adı olub.
Aynur Vəliyeva
24/07/15 Çap et