Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kabel televiziya operatorlarının qanunsuz fəaliyyəti müzakirə edilib
Azərbaycan Milli Televiziya və Radio Şurasında növbəti görüş keçirilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, görüş Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərlərinin iştirakı ilə baş tutub.
Görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət müzakirə olunub, eləcə də yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Tədbirdə kabel şəbəkəsi yayımçıları tərəfindən bir sıra hallarda xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanıb.
Kabel şəbəkəsi yayımı sahəsində bəzi tənzimləmə məsələlərinə Milli Televiziya və Radio Şurasının növbəti iclasında baxılması qərara alınıb.
Aynur Vəliyeva
24/07/15 Çap et