Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

90 gün müddətində şarjsız işləyən telefon təqdim edilib


90 gün müddətində şarjsız işləyə biləcək kiçik ölçülü telefon istehsal ediləcək.

Bu unikal telefonun isthesalı üçün lazımı vəsait “Kickstarter” sistemi vasitəsi ilə  toplanılacaq.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Janus One” 1500 milliamper/saat tutumlu batareya ilə təchiz edilib, bu halda qurğu enerji sərf edən funksiyaların əksəriyyətindən məhrum edilib. Belə ki aparat kiçik “OLED” ekran, klaviatura, “Bluetooth 3.0” modulu, “G-sensor” ilə təchiz edilib.

Bundan başqa, telefon “micro-SIM” kartından istifadə edərək yalnız “GSM” şəbəkələrində işləyə bilər.
 
Qurğunun qiyməti 69 dollar təşkil edir.
 
Emil Hüseynov




24/07/15    Çap et