Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gəncləri onlayn mütaliəyə təşviq edir


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq Kitab” elektron kitabxanası müxtəlif məzmunlu və formatlı kitablarla yanaşı, mərkəzin yeni nəşrlərinin də onlayn versiyasını oxucularına təqdim edir.
 
Mərkəzdən verilən məlumata görə, bu, gənclərin mütaliəyə marağının artırılması məqsədi  daşıyır.
 
Onlayn mütaliəçilər bu nəşrləri kitabxanalara və kitab mağazalarına yollanmadan, öz evlərində, yolda və səfər zamanı oxuya bilərlər. Bunun üçün heç bir xüsusi qeydiyyata ehtiyac yoxdur, “www.achiqkitab.az” saytının “Tərcümə Mərkəzinin kitabları” bölümünə daxil olmaqla bu asan mütaliə xidmətindən yararlanmaq üçün kifayətdir.
 
Xatırladaq ki, bu kitabxana vasitəsi ilə yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatlar, lüğətlər, tədris və dərs vəsaitləri, müasir və klassik bədii ədəbiyyat nümunələri ilə  yanaşı, mütəmadi olaraq, “Xəzər” dünya ədəbiyyatı jurnalının, “Aydın yol” ədəbi-ictimai qəzetinin onlayn versiyalarını da izləmək, həmçinin bir sıra dünya kitabxanalarına daxil olmaq mümkündür. 
 
CAHANGİR
 




24/07/15    Çap et