Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilin əvvəlindən 875 sanksiyalaşdırılmamış insident qeydə alınıb


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə iyun ayında 119 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 
"ICTnews" elektron xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə, qeyd edilən insidentlərin 98-nin qarşısı alınıb. Bu ilin may ayı ilə müqayisədə insidentlərin sayı 7,7 faiz azalıb. Cari ilin əvvəlindən ölkədə 875 sanksiyalaşdırılmamış insident qeydə alınıb.

Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına iyun ayında mayda olduğu kimi 24 audit raportu göndərilib. Ötən ay ərzində “cert.gov.az” tərəfindən 1 yeni domen və 2 subdomen qeydə alınıb.
 
 Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin qarşısı alınıb.


Aynur Vəliyeva
 
 




24/07/15    Çap et