Rusiyada daha bir mobil rabitə operatoru işə başlayacaq
Rusiyada gələn ildən etibarən daha bir mobil operator işə başlayacaq.
"ICTnews" elektron xəbər xidmətinin "
www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, gələcək operatorun fəaliyyəti birbaşa iş adamı Yevgeniy Roytmana məxsus olan strukturlardan asılıdır.
Yeni şəbəkə 1900-1920 MHz LTE tezlikləri əsasında işləyəcək. Abunəçilərə həmçinin "VoLTE" və "VoWiFi" texnologiyaları üzərindən səsli xidmətlər göstəriləcək.
Operator səsli xidmətlərin göstərilməsi üçün icazəni 2016-ci ildə əldə edəcək.
Aynur Vəliyeva