Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” rəqəmli stilusa malik ucuz planşet təqdim edib
"Samsung Electronics" korporasiyasının saytında yeni "Galaxy Tab A & S Pen" planşet kompüteri haqda informasiya yerləşdirilib. Qurğu stilusla təchiz edilib.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, yeni aparat orta texniki təchizat səviyyəsinə malikdir. 1024 x 768 piksel təsvir ölçülü 9,7 düymlük maye kristal ekran, dörd ədəd 1,2 QHs takt tezlikli hesablama nüvəsinə malik "Zilabs ZMS-08" çipseti və 2 QB əməli yaddaşa malikdir.
Cihaz, həmçinin "HD" video çəkiliş funksiyasına malik 5 meqapiksellik əsas kamera, 2 meqapiksellik ön fotomodul, 16 QB fləş yaddaş, "microSD" yaddaş formatı üçün slot və "Wi-Fi 802.11 a/b/g/n" simsiz rabitə adapter ilə təchiz edilib. "3G/4G" dəstəyi yoxdur.
Aparatın fiziki ölçüləri 242,5x166,8x7,5 mm, çəkisi 487 qramdır. Planşetin akkumulyator batareyasının tutumu 6000 milliamper/saatdır. "Android 5.0 Lollipop" mobil əməliyyat sistemi quraşdırılıb.
"Samsung Galaxy Tab A & S Pen" planşeti artıq 339 avro məbləğinə Avropada satılır. İstifadəçilərə qara və ağ modellər təklif edilir.
Emil Hüseynov
27/07/15 Çap et