Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkə əhalisinin yaşadığı ərazilərin 99 faizi açıq paketlə rəqəmli televiziya yayımı ilə təmin edilib
Respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə işlər davam etdirilir. Cari ilin 6 ayı ərzində 12-si rəqəmli verici olmaqla 18 radio-TV avadanlıqları istismara verilib, habelə yayım obyektləri, stansiyaları və avadanlıqlarında bir sıra təmir-bərpa işləri aparılıb.
Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 99%-i açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilib.
Respublika ərazisində “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin Bakı və Abşeron yarımadası üzrə stansiyaları ən müasir avadanlıqlar əsasında qurulub.
27/07/15 Çap et