Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkəti “Windows 10” əsasında işləyən ilk planşetini bazara çıxarır


“HP” şirkəti “Windows 10” əsasında işləyən ilk planşetini bazara çıxarır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu qurğu 8 düymlük displeyə malikdir və pərakəndə satış bazarı üçün nəzərdə tutulub.
 
“Mobilliyin artırılması müasir dövrün trendlərindən biridir. Mobil qurğuların aktiv tətbiqi  biznes imkanlarını genişləndirir və onun effektivliyini əhəmiyyətli dərəcədə yüksəldir, biz isə bu sahədə liderlərdən bir olduğumuza görə sifarişçilərimizin işçi yerlərinin optimallaşdırması üçün xüsusi həllər yaratmaqda davam edirik”, - deyə şirkətin kommersiya mobil sistemləri kateqoriyasının inkişafı üzrə meneceri Andrey Terlyakov bildirib.
 
“Pro Tablet 608” işçilərin mobilliyini artırmağa imkan verən ideal həldir, çünki videokonfrans, təhlükəsizilik və bir sıra aktual funksiyalara malikdir. Rusiyada bu qurğu satışa bu ilin avqust ayında çıxarılacaq.
 
Aynur Vəliyeva
 




27/07/15    Çap et