Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azercell Telekom” şirkəti yeni media layihəsinə start verir
“Azercell Telekom” şirkəti yaxın zamanda Bakı Dövlət Universiteti ilə birgə yeni layihə həyata keçirəcək.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, şirkətin icraçı direktoru Vahid Mürsəliyev bu gün milli mətbuatın yaranmasının 140 illiyinə həsr olunmuş tədbirdə bildirib ki, “Barama media” adlanan yeni layihə azərbaycandilli internet kontentin inkişaf etdirilməsi məqsədi ilə reallaşdırılacaq.
“Layihə çərçivəsində Bakı Dövlət Unuversitetində azərbaycandilli internet kontentin yaradılması üçün tələb olunan şərait formalaşdırılacaq və jurnalistika fakültəsində oxuyan tələbələr burada milli kontentin yaradılması ilə məşğul ola biləcəklər”, - deyə V. Mürsəliyev qeyd edib.
Aynur Vəliyeva
27/07/15 Çap et