Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində saxta “iPhone” smartfonlarını istehsal edən fabrik bağlanıb
Çində 40 mindən çox “iPhone” smartfonu buraxmış gizli fabriklə əlbir olmaqda şübhəli bilinən 9 nəfər həbs edilib.
Məlumatda deyilir ki, gizli istehsalda yüzlərlə işçi çalışıb.
“ICTnews” elektron xəbər xidməti “bbc.co.uk” saytına istinadən bildirir ki, sözügedən fabrik hələ mayın 14-də aşkarlanıb, ancaq Çinin İctimai Təhlükəsizlik Bürosu yalnız ötən bazar günü sosial şəbəkələrdə keçirilmiş əməliyyat haqqında məlumat verib.
Saxta smartfonların istehsalına yanvarda başlanılıb.
Pekin hakimiyyəti nümayəndəsi bildirib ki, gizli fabrikə ər-arvad rəhbərlik edib və saxta “iPhone” smartfonlarının quraşdırılması Çinin paytaxtının şimalında həyata keçirilib.
Emil Hüseynov
28/07/15 Çap et