Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliyada “E Ink” ekranlara əsaslanan dünyanın ilk yol nişanı quraşdırılır


Xüsusi tədbirlərin keçirilməsi zamanı yolların bəzi hissələrində hərəkətin təhlükəsizliyinin yaxşılaşdırılması üçün Sidneydə adi nişanların əvəzinə “E-Ink” ekranlardan istifadəyə başlanılıb. Yeni elektron nişanlar həftənin günündən asılı olaraq avtodayanacaq qaydalarını əks etdirir.
 
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, Dövlət Yol Xidməti Sloveniyanın “Visionect” texnologiya şirkəti ilə  əməkdaşlıq çərçivəsində bütün şəhər üzrə təxminən 100 elektron yol nişanı quraşdıracaq.
 
“E-Ink” ekranlar görünüşcə adi nişanlara oxşardır, amma günəş enerjisi ilə enerji toplayır və daxili tutqun ağ-qara ekranlara malikdir. Nişanlardakı mesajların sazlanması və idarəetməsi mobil rabitənin köməyi ilə həyata keçirilir.
 
Tamamilə sazlanan elektron nişanlar yalnız enerjiyə qənaət etmir, həmçinin şəhərin küçələrində adətən müvəqqəti yol nişanları ilə zəbt edilmiş ərazini boşaldır. Hər il Los-Anceles şəhərində yol hərəkətini məhdudlaşdıran 9,5 milyon dollar məbləğində təxminən 558 min müvəqqəti nişan quraşdırılır” – “Visionec” şirkətinin press-relizində belə deyilir.
 
 
Emil Hüseynov




28/07/15    Çap et