Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MDB ölkələrinin 4,1 min İT mütəxəssisi “Cisco Expo Learning Club” vasitəsi ilə biliklərini artırıb


   “Cisco Expo Learning Club” təhsil layihəsi çərçivəsində “CiscoWebEx” texnologiyası vasitəsi ilə MDB-nin müxtəlif ölkələrini təmsil edən 4130 İT mütəxəssis və rəhbər texnoloji biliklərini artırıb.


Belə ki, mart ayından başlayaraq iyul ayınadək onlar üçün yeddi texnoloji istiqamət üzrə 34 vebinar və seminar təşkil olunub. Treninqlər əşyaların interneti, rabitə operatorları üçün “Cisco” həlləri, simsiz şəbəkələr, informasiya təhlükəsizliyi, birgə iş üçün texnologiyalar, korporativ şəbəkələr infrastrukturu və  verilənlərin emalı mərkəzləri istiqamətləri üzrə mövzuları əhatə edib.
 
“Cisco Expo Learning Club” layihəsinin yaz mövsümünü fərqləndirən xüsusiyyət ondan ibarət idi ki, tədbirlər yeni “tektorial” formatında keçirilirdi (ənənəvi seminarlardan fərqli olaraq “tektorial” mövzunun daha dərindən öyrənilməsini təmin edən texniki təlimdir). Bundan əlavə, ötən mövsümdə fiziki iştiraketmə effektli videoəlaqəni təmin edə bilən “CiscoTelePresence” sisteminin yardımı ilə verilənlərin emalı mərkəzlərinə həsr edilmiş bir neçə seminar da keçirilib.
 
“Cisco Expo Learning Club” seminarlarının yaz mövsümü dinləyicilər tərəfindən də yüksək qiymətləndirilib. Nəticədə, “Cisco Expo Learning Club” layihəsinə qoşulanların  hazırda sayı 19 mini keçir”, - deyə proqramın əlaqələndiricisi Nataliya Nikiforenko qeyd edib.
 
Məlumat üçün bildirək ki, “Cisco Expo Learning Club” təhsil layihəsinin yaz mövsümünün materialları “http://ciscoclub.ru/materials_of_past_seminars” səhifəsində yerləşdirilib.
 
          Xatırladaq ki, “Cisco Expo Learning Club” təhsil layihəsi 2009-cu ilin fevralında başlayıb və həmin vaxtdan Rusiya Federasiyası və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən və İT mütəxəssislərin ixtisaslarının artırılmasına  istiqamətlənən ən irimiqyaslı instituta çevrilib (hazırda klub iştirakçılarının sayı 19329 nəfər təşkil edir). “Cisco WebEx” internet xidmətinin tətbiqi sayəsində klubun iştirakçıları zaman və pul vəsaiti sərf edib Moskvaya getmək zəruriyyətindən qurtulmuş oldular.
 
Qeyd etmək lazımdır ki, “Cisco Expo Learning Club” proqramında iştirak pulsuzdur. Qeydiyyat “http://ciscoclub.ru/user/register” saytında keçirilir.




28/07/15    Çap et