Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2020-ci ilədək Avropa və Yaxın Şərqdə “OTT” bazarının həcmi 2,5 milyard dolları ötəcək
“Digital TV Research” şirkətinin tədqiqatına əsasən, 2020-ci ilədək “EMEA” (Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionunda “OTT” televiziya və video bazarında gəlir 2,635 milyard dollara yaxınlaşacaq. Qeyd edək ki, 2010-cu ildə bu göstərici 52 milyon dollar təşkil edib və 2015-ci ilin nəticəsinə görə, 616 milyon dollar təşkil edəcək.
“ICTnews” elektron xəbər xidməti “cableman.ru” saytına istinadən bildirir ki, 2014-dən 2020-ci ilədək gəlir artımı 2,21 milyard dollar təşkil edəcək, bu halda ən böyük pay (795 milyon dollar ) Rusiyanın payına düşəcək. 219 milyon dollar göstərici ilə Türkiyə ikinci pillədə qərarlaşacaq.
“2020-ci ilədək Şərqi Avropa, Yaxın Şərqdə və Afrikada “OTT” hələ də tam inkişaf etməyəcək, hərçənd 2014-cü ildən inkişafda böyük addım atacaq” – “Digital TV Research”-ün əsas analitiki Saymon Mürrey deyib.
2017-ci ildən abunə xidmətləri (“SVOD”) böyük məbləğdə gəlir qazandıracaq. 2020-ci ildə bu seqment təxminən 1,6 milyard dollar qazanacaq ki, bu da “OTT” bazarında ümumi gəlirin 60 faizini təşkil edəcək.
Analitiklərin proqnozuna əsasən, 2020-ci ilədək tədqiq edilən regionda “SVOD”-a abunə olmuş 24,22 milyon ev təsərrüfatı qeydə alınacaq, halbuki 2010-cu ildə bu göstərici 69 min təşkil edib və 2015-ci ilin nəticəsinə görə, bu göstərici 3,13 milyon olacaq.
Emil Hüseynov
28/07/15 Çap et