Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət reyestrlərinin əsas məqsədləri açıqlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi dövlət reyestrlərinin yaradılmasının əsas məqsədlərini açıqlayıb.

Əsas məqsədlərə dövlət informasiya ehtiyatlarının uçotunun və monitorinqinin aparılması; dövlət informasiya ehtiyatlarının, onların təminat və mühafizə vasitələri ilə birlikdə informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi; milli informasiya fəzasının formalaşdırılması işlərinin, o cümlədən mövcud və yeni yaradılan informasiya ehtiyatları arasında mübadilə və uzlaşdırma mexanizmlərinin tam, aktual və dəqiq məlumatlarla operativ təmin olunması; reyestrlə informasiya ehtiyatlarının lokal reyestrləri arasında informasiya mübadiləsi, sorğu-arayışların marşrutlandırılması işlərinin təşkilinə dəstək verilməsi; informasiyalaşdırma sahəsində təsnifatların və proqram-texniki həllərin unifikasiya edilməsi; informasiya ehtiyatlarının yaradılmasında pərakəndəlik və təkrarlanmanın qarşısının alınması məqsədi ilə şəffaflığın təmin olunması; dövlət informasiya ehtiyatlarının yaradılmasının və istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi daxildir.

İnformasiya cəmiyyətinə keçid üzrə dövlət proqramlarının və elektron xidmətlərin göstərilməsi üzrə layihələrin həyata keçirilməsinə dəstək verilməsi; fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş əqli mülkiyyət hüquqlarının qorunmasına yardım edilməsi; informasiya ehtiyatlarını yaradan və ondan istifadə edən subyektlər arasında təcrübə mübadiləsi üçün şəraitin yaradılması, qabaqcıl texnologiyaların tətbiqinin stimullaşdırılması; dövlət orqanlarının, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərin informasiya ehtiyatları haqqında məlumatlarla təmin olunması, statistik indikatorların müəyyən edilməsi və müvafiq hesabat işlərinin təşkili; vətəndaşların informasiya əldə edilməsi və fərdi məlumatların mühafizəsi sahəsində hüquqlarının təmin olunması da əsas məqsədlər sırasında yer alır.


Qeyd edək ki, Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə əsasən dövlət informasiya ehtiyatlarının reyestri “Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilib.

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri “Elektron hökumət” portalının operatoru olaraq RYTN-in  Məlumat Hesablama Mərkəzi tərəfindən aparılır.


CAHANGİR
 
 




28/07/15    Çap et