Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüteri necə müdaxilədən qorumaq olar?
“The Guardian” nəşri yazır ki, “Google” şirkəti kompüteri müdaxilədən qorumaq üçün təhlükəsizlik üzrə ekspertlərin fikrini öyrənib.
Həmişə sistem yeniləmələrini yükləyin
Ekspertlər ilk növbədə system yeniləmələrinin quraşdırılmasını tövsiyə edirlər. “Zecurion” analitik mərkəzinin direktoru Vladimir Ulyanov bildirir ki, əgər sistem vaxtında yenilənməsə, o zaman boşluqlar vasitəsilə kompüterə müdaxilə ediləcək.
Mürəkkəb parollardan istifadə edin
“ESET Russia”nın texniki və marketinq xidmətinin direktoru Andrey Oskin bildirib ki, əksər hallarda hesablara müdaxilə və parolların oğurlanması istifadəçilərin öz günahı ucbatından (sadə parollar seçirlər) baş verir.
"Məsələn, keçirdiyimiz sorğuya əsasən, respondentlərin 16 faizi parol və “PIN” kodları kağız üzərinə yazır, 14 faizi fərdi kompüter, noutbuk və ya smartfonlarda bunun üçün qeyd yaradırlar" – Oskin qeyd edib.
Ekspert on simvol uzunluğunda mürəkkəb parollardan istifadəni tövsiyə edir. Rəqəm və xüsusi simvollar, böyük, həm də kiçik hərflərdən istifadə edin. Bundan başqa, o bildirib ki, istənilən bioqrafik informasiya (doğum tarixi və sairə), ev heyvanları, hərf və ya rəqəm ardıcıllığı, lüğət sözlərinə əsaslanan parollardan imtina etmək lazımdır.
İnternetdə sayıqlığı əldən verməyin
"Kasperski Laboratoriyasının" əsas antivirus eksperti Aleksandr Qostev hesab edir ki, kompüterə müdaxilədən xilas olmağın əsas üsulu internetdə iş zamanı sayıq olmaqdır. "Məsələn, kiməsə öz fərdi məlumat və ya məxfi informasiyanızı göndərərkən əmin olun ki, adresat həqiqidir" – o deyib. Qostev, həmçinin müxtəlif xidmətlər üçün eyni loqin və paroldan istifadə etməməyi tövsiyə edib, çünki bir xidmət üzrə hesab məlumatlarının oğurlanması digər xidmətlərinizi də zərbə altına qoyur.
Bütün ekspertlərin fikri belədir ki, fərdi məlumatların ələ keçirilməsi və kompüterə müdaxilənin əsas səbəblərindən biri fişinqdir. Diqqətsiz istifadəçilər populyar internet xidmətinin saxta avtorizasiya səhifəsinə daxil olaraq öz hesab məlumatlarını daxil edə bilər. Nəticədə məlumatlar kibercinayətkarların verilənlər bazasına yazılır.
Hesab məlumatlarını mobil telefon nömrəsinə bağlayın
Ekspertlər imkan daxilində profile mobil telefon nömrəsinə bağlamağı tövsiyə edirlər. Əgər sizin hesabınızı ələ keçirsələr, o zaman mobil telefon nömrəsinin köməyi ilə hesaba girişi bərpa etmək daha sadə olacaq.
Bundan başqa, bir çox xidmətlərdə telefon nömrəsinə bağlama iki addımlı avtorizasiyadan istifadəyə imkan verir: paroldan başqa mobil telefona göndərilmiş birdəfəlik istifadə üçün “PIN” kodu daxil etmək lazım gələcək.
Emil Hüseynov
29/07/15 Çap et