Alimlər döyüş texnikasının hazırlanmasında süni intellektdən istifadənin əleyhinədir
Alimlər döyüş texnikası və ən yeni silah sistemlərinin yaradılmasında süni intellektdən istifadənin təhlükəli olması barədə xəbərdarlıq ediblər. Bu barədə açıq məktubu mindən çox mühəndis və tədqiqatçı imzalayıb.
Məktubu imzalayanlar arasında məşhur fizik və kosmoloq Stiven Hokinq, sahibkar Elon Mask və “Apple” şirkətinin təsisçilərindən biri Stiv Voznyak yer alıb.
Məktub müəllifləri döyüş texnikasının yaradılmasında süni intellektdən istifadədən imtina etməyə çağırır. Onlar belə qızğın silahlanmanın gözlənilməz fəsadlarla nəticələnə biləcəyi barədə xəbərdarlıq edirlər.
Bildirilir ki, döyüş robotlarının yaradılması məsələsi BMT-də müzakirə olunub. Beynəlxalq təşkilat müəyyən avtonom döyüş sistemlərinin qadağan olunmasının mümkünlüyünü nəzərdən keçirir.
Sənədin Buenos-Ayresdə keçiriləcək süni intellekt üzrə beynəlxalq konfrans iştirakçılarına təqdim olunması nəzərdə tutulur, -
Lenta yazır.