Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın iştirak etdiyi “Microsoft Imagine Cup 2015”-in finalı keçiriləcək


Bu gün Sietlda (ABŞ, Vaşinqton ştatı) "Microsoft"-un baş ofisində Azərbaycan tələbələrinin də  layihəsini təqdim etdiyi "Imagine Cup 2015" müsabiqəsinin finalı keçiriləcək.
 
"ICTnews" elektron xəbər xidmətinin "www.infocity.az" saytına istinadən verdiyi məlumata əsasən, "Microsoft Imagine Cup" müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə müxtəlif kateqoriyalar üzrə iki mərhələdə aparılır. Bu il müsabiqənin finalına çıxan 33 komanda arasında "Spinal" adlanan kompleks həllin müəllifi olan Azərbaycanın "NoObs" komandası da var.
 
 "Spinal" qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. Belə ki, insan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda "Bluetooth" modulu vasitəsi ilə "Windows Phone" əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur.
 
Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar məbləğində pul makafatı alacaqlar. Bundan başqa, "Microsoft" qaliblərə ABŞ-da startap-aksellerator təqdim edəcək.
 
Aynur Vəliyeva
 




29/07/15    Çap et