Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planet əhalisinin 20 faizi “Facebook”-dan istifadə edir


ABŞ-ın “Facebook” internet şirkətinin gəliri cari ilin ikinci rübündə 4.04 milyard dollar təşkil edib.
 
Bu nəticə müstəqil analitiklərin gözləntilərini ötür, onlar 3.99 milyard dollar məbləğində gəlir əldə ediləcəyini proqnozlaşdırmışdılar.
 
“ICTnews” elektron xəbər xidməti “tass.ru” saytına istinadən bildirir ki, “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı 13 faiz artaraq 1,49 milyard nəfər təşkil edir.
 
Gündəlik 968 milyon insan bu sosial şəbəkədən aktiv istifadə edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb.
 
Bununla belə, ötən rüb şirkətin xalis mənfəəti 9 faiz azalaraq 719 milyon dollar təşkil edib, bu müddət ərzində istehsal və daxili xərclər 82 faiz yüksəlib.
 
“Facebook”un ümumi korporativ dəyəri 250 milyard dolları ötür.
 
Emil Hüseynov
 




30/07/15    Çap et