“Alibaba” dünya “bulud” biznesinə 1 milyard dollar yatıracaq
İnternet nəhəngi "Alibaba Group" şirkəti "bulud" texnologiyalarında ixtisaslaşan "Aliyun" bölməsinə 1 milyard dollar yatırmaqla bağlı planlarını açıqlayıb. Bununla Çin şirkəti "Amazon" şirkətinə dünya "bulud" bazarı uğrunda mübarizədə çağırış etmək niyyətindədir.
Qeyd olunan investisiyalar Sinqapur, Yaponiya, Avropa və Yaxın Şərqdə yeni "Aliyun" məlumat mərkəzlərinin açılmasına yönəldiləcək. Bundan başqa, bu regionlarda telekommunikasiya operatorları və korporativ sifarişçilərlə sıx münasibətlərin qurulması planlaşdırılır.
"Aliyun" prezidenti Saymon Hunun sözlərinə görə, son altı ildə şirkət diqqəti müstəsna olaraq Çin bazarına yönəldib, lakin indi biz texnoloji baxımdan yetişkənlik səviyyəsinə çatmışıq ki, bu da bizə "Amazon", "Microsoft" və "IBM" kimi dünya liderləri ilə rəqabət aparmağa imkan verəcək.
"Biz məqsədimiz yaxın dörd ildə müştərilərin, texnologiyaların sayına və ya dünya biznesinin həcminə görə "Amazon" şirkətinə çatmaqdır. "Amazon", "Microsoft" digər şirkətlər artıq bizim üçün təməl qoyaraq ABŞ və Avropanı "bulud" texnologiyalarına alışdırıb ki, bu da bizə mübarizəyə qoşulmaq üçün geniş imkanlar açır", - S.Hu bildirib, -
"DailyComm" yazır.