Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hava məkanında dronlar üçün ayrıca zona ayrılması təklif edilib
“Amazon Prime Air”-in vitse-prezidenti və həmtəsisçisi Qur Kimçi hava məkanında pilotsuz təyyarələrin uçuşu üçün ayrıca zona ayrılmasını təklif edib.
Bu təklif “NASA” tərəfindən “UTM 2015” pilotsuz uçan aparatların hərəkətinin idarə edilməsi üzrə konvensiyada “Amazon” nümayəndəsinin çıxışı zamanı səsləndirilib.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “Amazon” internet şirkətinin nümayəndəsi aeroport və başqa strateji əhəmiyyətli obyektlərin ərazisində uçuşları qadağan etməyi və digər hava məkanını bir neçə qata bölməyi təklif edir. 61 metrədək hündürlükdə aerofoto və müxtəlif texniki tikililərin vəziyyətinin yoxlanması üçün pilotsuz təyyarələrin yalnız lokal uçuşlarını həyata keçirmək təklif edilir.
Emil Hüseynov
30/07/15 Çap et