Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt şöbələrinin “Western Union” sisteminə qoşulmasının ikinci mərhələsinə başlanılıb


“Azərpoçt”MMC regionlarda poçt şöbələrinin “Western Union” pul köçürmələri sisteminə qoşulmasının ikinci mərhələsinə başlayıb.

Müəssiədən verilən məlumata görə, artıq rayon mərkəzlərində digər şəhər poçt şöbələrinin bu sistemə qoşulmasına başlanılıb.

Gəncə və Sumqayıtın bütün poçt şöbələri, Göyçayın 4, Ağcabədi, Ucar və Yevlaxın isə 2 poçt şöbəsi bu sistemə qoşulub.

Qeyd edək ki, vətəndaşlar poçt şöbəsinin imkanlarından istifadə etməklə bu sistem vasitəsilə dünyanın 200 ölkəsi ilə sürətli pul mübadiləsi edə bilərlər.




13/09/11    Çap et